Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

YAP daha böyük uğurlara imza atacaq

Azərbaycanın, eləcə də Cənubi Qafqaz regionunun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı bir sıra əlamətdar qərarların qəbul edilməsi ilə yadda qaldı. İlk növbədə, müasir dövrün yeni tələblərinə uyğun struktur islahatları həyata keçirildi, bir sıra siyasi partiyaların YAP-a birləşməsi barədə müraciətinə müsbət cavab verildi. YAP-ın yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyev tərəfindən Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edildi.
VII qurultayda qəbul olunmuş qərarlar və səsləndirilən bəyanatlar belə deməyə əsas verir ki, YAP Azərbaycanın bundan sonra da aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərəcək və ölkəmizin qarşısında dayanmış həyati əhəmiyyətli vəzifələrin yerinə yetirilməsində üzərinə düşən mühüm missiyanı uğurla davam etdirəcək.
Bu gün heç kimə sirr deyil ki, YAP Azərbaycanın aparıcı siyasi qüvvəsi və strateji missiyanın yerinə yetirilməsində alternativsiz bir partiyadır. Nizamnamə və fəaliyyət proqramına uyğun fəaliyyət göstərən YAP iqtidar partiyası kimi Azərbaycan xalqının ən ağrılı problemini – Qarabağ münaqişəsinin həllində misilsiz rol oynadı. Xalqı bir yumruq kimi birləşdirən və cəmiyyətin bütün təbəqələrinin inamını qazanan YAP-ın bu xilaskarlıq missiyası ən yeni tariximizə qızıl hərflərlə yazılacaq. Bütün bu uğurların nəticəsidir ki, bu gün ölkənin digər siyasi partiyaları da uğurlu siyasi qüvvənin bir hissəsi olmağa qərar verdilər. Gücünü xalqın böyük dəstəyindən alan YAP-ın sıralarında Vətənə xidmət göstərmək istəyən belə siyasi qüvvələri ancaq alqışlamaq lazımdır. Bunu həm də Azərbaycanda aparılan dialoq siyasətinin nəticəsi olmaqla yanaşı, vahid məqsəd və ideyalar ətrafında birləşməyə öz töhfəsini verən mühüm proses kimi də qiymətləndirmək mümkündür.
Əlbəttə, YAP-ın son qurultayında struktur islahatları da aparıldı. Bu da təbiidir, sürətlə yeniləşən Azərbaycanın qarşısında həllini gözləyən strateji vəzifələr dayanır. İqtidar partiyası kimi YAP-ın son qurultayında bununla bağlı bi sıra mühüm bəyanatlar səsləndi, postmüharibə dövründən sonra yaranmış yeni reallıqlara uyğun çevik və məqsədəyönümlü fəaliyyət göstərilməsinin önəmli olduğu vurğulandı. Xüsusilə də YAP-ın sədri İlham Əliyevin rəhbərlik etdiyi partiyanın ölkənin həyatında oynadığı tarixi rol barədə ətraflı məlumat verməklə yanaşı, partiyanın qarşısında dayanmış məqsəd və hədəfləri aydın şəkildə elan etdi. Ölkə başçısı hesab etdiyini də açıqladı ki, YAP yeniləşmiş formatda, o cümlədən, rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir.
Əlbəttə, növbədənkənar qurultayda qəbul olunmuş ən əlamətdar hadisələrdən biri də məhz Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini təyin edilməsi oldu. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın belə mötəbər vəzifəyə təyin olunması YAP-ın fəaliyyətinə güclü təsir göstərəcək. Bu gün bir faktdır ki, Azərbaycanın inkişafında, beynəlxalq miqyasda yüksək imici olan Brinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir.
VII qurultayda qəbul olunmuş qərarların həm də ölkənin siyasi sisteminin daha da möhkənlənməsinə şərait yaradacağı şübhə doğurmur. Belə ki, ölkənin aparıcı siyasi qüvvəsi kimi YAP-ın qəbul edəcəyi qərarlar Azərbaycanın siyasi sisteminin indiki vəziyyətinə və gələcəyinə təsir göstərir.
Bir sözlə, VII qurultayda qəbul olunmuş qərarlar və səsləndirilən bəyanatlar belə deməyə əsas verir ki, YAP Azərbaycanın bundan sonra da aparıcı siyasi qüvvəsi kimi fəaliyyət göstərəcək və ölkəmizin qarşısında dayanmış həyati əhəmiyyətli vəzifələrin yerinə yetirilməsində üzərinə düşən mühüm missiyanı uğurla davam etdirəcək. Xalqın böyük inamı və dəstəyi də bu missiyanı uğurla yerinə yetirməyə imkan verəcək.
 

Hüseyn İBRAHİMOV,
tarix elmləri üzrə fəlsəfə doktoru, dosent

7 Mart 2021 00:39 - SİYASƏT
SİYASƏT
18 Aprel 2021 | 03:59
Tarixi dəyişdirən lider

Köhnə versiyamızdan xəbərləri izlə