Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cüdoçumuz Rüstəm Orucov “Böyük dəbilqə” turnirində bürünc medal uğrunda mübarizə aparacaq

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan cüdoçusu Rüstəm Orucov (73 kq) bürünc medal uğrunda mübarizə aparacaq.

"Xalq qəzeti" xəbər verir ki, cüdoçumuz üçüncü yer uğrunda yerli idmançı Obidxon Nomonov ilə gücünü sınayacaq.

Bu gün mübarizə aparan digər cüdoçularımız - 81 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Murad Fətiyev yarışa uğurla başlayaraq fransalı Nikolas Çiları məğlub etsə də, sonrakı mərhələdə qırğızıstanlı Vladimir Zaloyevin öhdəsindən gələ bilməyib. Həmin çəki dərəcəsində daha bir idmançımız - Hidayət Heydərov isə ilk görüşdə braziliyalı Gilyerme Şmidtə uduzaraq turnirdə çıxışını başa vurub.

Qeyd edək ki, martın 5-də start götürmüş yarışda komandamızın aktivində medal yoxdur.

Martın 7-dək davam edəcək turnirdə Azərbaycanın 12 cüdoçusu mübarizə aparır.

6 Mart 2021 15:19 - İDMAN
İDMAN
17 Aprel 2021 | 08:39
Rekord yenilənib
15 Aprel 2021 | 08:27
Dünyanın ən bahalı klubu

Köhnə versiyamızdan xəbərləri izlə