Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəkidə sağlamlıq aksiyası keçirilib

Məcburi köçkünlər üçün salınmış Yeni Çələbixan qəsəbəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ərazi nümayəndəliyinin təşəbbüsü, Şəki Şəhər Mərkəzi Xəstəxanası rəhbərliyinin təşkilatçılığı ilə sağlamlıq aksiyası keçirilib.

 Müxtəlif ixtisaslı 11 həkimdən ibarət tibb briqadası qəsəbə sakinlərini müayinə edib, onlara yardım göstərərək məsləhətlər veriblər.

 Aksiya zamanı məcburi köçkünlərə stomotoloji, kardioloji, endokrinoloji və digər xəstəliklər üzrə müayinədən keçmək imkanı yaradılıb.

 Həkim briqadası 100 nəfərdən çox məcburi köçkünü müayinə edib. Ağır xəstələr və cərrahiyyə əməliyyatına ehtiyacı olanlara Bakı şəhərindəki xəstəxanalara göndəriş verilib.

 Şəki şəhərində növbəti sağlamlıq aksiyasının məcburi köçkün ailələrinin yaşadığı Turan qəsəbəsində keçirilməsi planlaşdırılır.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti” 

29 Oktyabr 2018 17:19 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə