Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “PROCALL” qaynar xətt sisteminə və “PRODOC” elektron sənəd dövriyyəsinə 2021-ci ildə texniki dəstək xidmətlərinin göstərilməsinin satın alınması məqsədilə komissiyası AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçiriləcəkdir.
Lot- 1.Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2021-ci ildə “PROCALL” qaynar xətt sisteminə və “PRODOC” elektron sənəd dövriyyəsinə texniki dəstək xidmətlərinin göstərilməsinin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Müqavilənin yerinə yetirilmə müddəti 2021-ci il dekabrın 30-na kimidir.
Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır.
Əlaqələndirici şəxs- Nəsirova Şəhla Ağababa qızı.
Ünvan-Bakı şəhəri, М. Mirqasımov küçəsi 1 A.
Telefon- (012) 4412603 dax143.
Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 300 (üç yüz) manat məbləğdə vəsait ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
VÖEN- 1400049171
Bankın adı- Dövlət Xəzinədarlığı Agentliyi
Кod- 210005
VÖEN- 1401555071
Mh- АZ41NАBZ01360100000000003944
S.W.İ.F.T BİK: CТRЕАZ22
Hh- NАZ81CТRЕ00000000000002128201
Fond -7
İqtisadi təsnifat kodu-142330 (xəzinə hesab kitabı -002730)
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər.
1. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi.
2. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır).
3. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı- bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 (otuz) bank günü çox olmalıdır).
4. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər.
5. Bu sənədlərə aşağıdakılar daxildir.
4.1 Vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış .
4.2 İddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
4.3 Maliyyə vəziyyəti haqqında bank arayışı.
4.4 Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış.
4.5 İddiaçının nizamnaməsi (notariusda təsdiqlənmiş).
4.6 Dövlət reyestrindən çıxarış (qeydiyyatdan keçdiyi ölkə) notariusda təsdiqlənmiş.
4.7 VÖEN –in şəhadətnaməsi (notariusda təsdiqlənmiş).
4.8 İddiaçının bank rekvizitləri .
İddiaçıya tələblər:
- son üç il ərzində yerinə yetirilmiş işlərin həcmi texniki şərtdə göstərilən iş həcmindən az olmamalıdır.
- maliyyə imkanlarına, yüksək keyfiyyətli avadanlığa və kadr imkanlarına malik olmalıdır;
- müvafiq sahədə 10 ildən az olmayaraq iş təcrübəsinin olması.
- proqramların yazılması, inteqrasiyası və texniki dəstəyi sahəsində iri həcmli layihələtin icrası;
- sistemə göstəriləcək texniki xidməti təmin etmək məqsədilə iddiaçının Bakı şəhərində müvafiq xidmət mərkəzi və müvafiq sertifikatlaşmış işçi heyəti;
- iddiaçının rəsmi ştat vahidində daim çalışan layihə rəhbəri ən azı 3 (üç) il iş təcrübəsi (2 nəfər), sistem arixitektoru kimi ən azı 8 il təcrübə (2 nəfər), proqramçı ən azı 3 (üç) il iş təcrübəsi (10 nəfər); tətbiqçi ən azı 3 (üç) il iş təcrübəsi (2 nəfər); İT mühəndisləri ən azı 5 il təcrübəsi olan (3 nəfər);
- iddiaçının veb-əsaslı informasiya, çağrı sistemlərinin və veb-portalların yaradılması və tətbiqi üzrə son 10 ildə ən azı 5 (beş) layihənin həyata keçirilməsi sahəsində iş təcrübəsinə malik olması (təsdiqedici məlumat sifarişçinin adı, ünvanı və əlaqə saxlamaq üçün sifarişçinin əlaqələndirici şəxsinin adı, telefon nömrəsi və e-mail ünvanı göstərilməklə təqdim olunmalıdır);
- iddiaçının veb-əsaslı informasiya və çağrı sistemlərinin, veb-portalların yaradılması və tətbiqi üzrə iş təcrübəsini təsdiq etmək üçün belə layihələrin həyata keçirildiyi ən azı 5 (beş) müəssisə və təşkilatdan tövsiyə məktubu təqdim etməsi;
- iddiaçının keyfiyyət patentə malik olması;
- “Call Center” avadanlıği ilə iş təcrübəsi, lisenziya, icazə və ya patent.
Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan və iddiaçıya qoyulan tələblər barədə sənədləri 1 aprel 2021-ci il saat 15.00-a qədər tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini və bank təminatını 9 aprel 2021-ci il saat 17.55-ə qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim edilən təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.
Tender təklifi zərfləri 12 aprel 2021-ci il saat 15.00-da dövlət satınalmalarının vahid internet elektron portalı vasitəsilə açılacaqdır.
 

Tender komissiyası

6 Mart 2021 01:19 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 Aprel 2021 | 08:32
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə