Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukrayna səfiri Gəncədə Ermənistanın atəşə tutduğu ərazidə olub - FOTO

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Gəncə şəhərinə səfəri çərçivəsində Ermənistan silahlı qüvvələri tərəfindən raket zərbələrinə məruz qalmış ərazidə olub.

"Xalq qəzeti" xəbər verir ki, bu barədə ukraynalı diplomat “Twitter”də məlumat verib.

O, 2020-ci ilin payızında Ermənistan ordusunun raket zərbələri nəticəsində ölən mülki vətəndaşların xatirəsini ehtiramla yad edib.

“Bu cinayəti törədən günahkarlar cəzalandırılmalıdır!”, - deyə səfir bildirib.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin ötən ilin oktyabr ayında Gəncə şəhərini bir neçə dəfə bombalaması nəticəsində 25-dən artıq mülki şəxs həlak olub.

5 Mart 2021 14:27 - SİYASƏT
SİYASƏT
18 Aprel 2021 | 03:59
Tarixi dəyişdirən lider

Köhnə versiyamızdan xəbərləri izlə