Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda daha bir ödəmə terminalı qarət edilib - FOTO

Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yerləşən marketlərdən birində quraşdırılan içərisində 3510 manat olan “E-manat” ödəmə terminalı, habelə obyektin kassından 306 manat  naməlum şəxslər tərəfindən oğurlanıb.

Daxili İşlər Nazirliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, hadisə barədə polis əməkdaşlarına məlumat daxil olan kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarışı Şöbəsi və 40-cı Polis Bölməsinin əməkdaşlarının qısa zamanda “isti” izlərlə həyata keçirdikləri birgə əməliyyat nəticəsində ödəmə terminalını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ramin Mahmudov və Rəvan Hümbətov saxlanılıblar. Onların marketdən ödəmə terminalını oğurlamağa getmə anları müşahidə kameraları vasitəsi ilə qeydə alınıb.

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Ramin Mahmudov və Rəvan Hümbətov qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə, habelə DİN-in “102” Zəng Mərkəzi  ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

5 Mart 2021 12:43 -
20 Aprel 2021 | 05:02
Nadir təbiət hadisəsi
16 Aprel 2021 | 08:42
BİLDİRİŞ
15 Aprel 2021 | 09:17
BİLDİRİŞ
14 Aprel 2021 | 09:33
111 milyon dollar yardım

Köhnə versiyamızdan xəbərləri izlə