Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cüdoçumuz “Böyük dəbilqə” turnirinin yarımfinalına yüksəlib

Azərbaycan cüdoçuları martın 5-də Özbəkistanın paytaxtı Daşkənddə start götürən “Böyük dəbilqə” turnirində mübarizəyə başlayıblar. Turnirin birinci günündə altı cüdoçumuz çıxış edir.

 "Xalq qəzeti" xəbər verir ki, kişilər arasında 60 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Kəramət Hüseynov ilk qarşılaşmada Ayub Bliyev, daha sonra Cənubi Koreyadan olan Harim Lini, səkkizdəbir finalda isə türkiyəli Mirac Akkuşu məğlub edərək dörddəbir finala yüksəlib. Bu mərhələdə tacikistanlı Şahboz Saidaburov üzərində qələbə qazanan idmançımız yarımfinala vəsiqə əldə edib.

Həmin çəki dərəcəsində mübarizə aparan Oruc Vəlizadə isə ilk görüşdə Morits Plafkinə (Almaniya) qalib gəlsə də, növbəti qarşılaşmada yerli idmançı Kemran Nurullayevə uduzub.

Digər cüdoçularımızdan Nicat Şıxəlizadə (66 kq) ilk qarşılaşmada bolqarıstanlı Bojidar Temelkova qalib gəlib. Növbəti mərhələdə onun rəqibi Cənubi Koreya təmsilçisi Baul Andır.

Qadın cüdoçularımızdan Aişə Qurbanlı (48 kq) ilk görüşdə özbəkistanlı Halimocon Qurbanovaya uduzub. Həmin çəki dərəcəsində çıxış edən Leyla Əliyeva (48 kq) birinci qarşılaşmada yerli idmançı Gülnur Muratbəyova üzərində qələbə qazansa da, növbəti mərhələdə serbiyalı Milisa Nikolisin öhdəsindən gələ bilməyib.

Martın 7-dək davam edəcək turnirdə Azərbaycanın 12 cüdoçusu mübarizə aparır. Yarışda ümumilikdə 71 ölkədən 500-ə yaxın cüdoçu iştirak edir.

5 Mart 2021 12:20 - İDMAN
İDMAN
21 Aprel 2021 | 08:03
Mourinyo istefaya göndərilib

Köhnə versiyamızdan xəbərləri izlə