Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BŞTİ-nin müdir müavini vəzifələrinə təyinatlar olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini vəzifələrinə yeni təyinatlar həyata keçirilib.

İdarədən "Xalq qəzeti"nə verilən məlumata görə, Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Xəyalə Əhmədzadə və Orxan Kərimov BŞTİ-nin müdir müavini vəzifələrinə təyin ediliblər.

Qeyd edək ki, bu təyinata qədər Xəyalə Əhmədzadə Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada direktor müavini və direktor vəzifələrində, Orxan Kərimov isə Azərbaycan Respublikası Təhsil İnstitutunun Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıb.

5 Mart 2021 11:40 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə