Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zelenski helikopter qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib

Ukrayna Prezidenti Vladimir Zelenski hərbi helikopter qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib.

"Xalq qəzeti" xəbər verir ki, bu barədə V. Zelenski tvitterdə bildirib.

“Dünən Bitlis vilayətində baş verən helikopter qəzasında həyatını itirən bütün şəhidlərin ruhu şad, məkanları cənnət olsun. Onların ailələrinə səbr, yaralılara təcili şəfa diləyirəm”, - deyə o vurğulayıb.

Ukrayna prezidenti bu paylaşımı türk, Ukrayna və ingilis dillərində edib. 

Xatırladaq ki, martın 4-də Bitlisdə hərbi helikopter qəzası nəticəsində 11 hərbçi şəhid olub. Şəhidlər arasında korpus komandiri, general-leytenant Osman Erbaş da var.

5 Mart 2021 11:10 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə