Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İntiharlara qarşı mübarizə

“TikTok” sosial şəbəkəsi intihar və ya özünə zərər vermə ilə əlaqəli videoları dərhal silməyə başlayıb.

Məlumata görə, “TikTok” platforması intihara və ya özünə zərər verməyə səbəb ola biləcək davranışı təsvir edən, onu təbliğ və ya tərif məzmunlu istənilən videonu xəbərdarlıqsız siləcək.

Sosial şəbəkənin açıqlamasında, həmçinin qeyd olunur ki, cəmiyyətin rifahı və sağlamlığı “TikTok” üçün əsas prioritetdir.

Xəbəri RİA “Novosti” yayıb.

 

Elçin ABBASOV, “Xalq qəzeti”

5 Mart 2021 02:52 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə