Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UNICEF-in hesabatı

Koronavirus pandemiyasının uşaqlara və onların təhsilinə necə təsir göstərdiyinə dair hesabat yayımlanıb.

UNICEFin hazırladığı hesabata əsasən, hər yeddi uşaqdan biri, yəni 214 milyon uşaq əyani təhsil imkanının dörddə üçünü pandemiya səbəbindən itirib. 168 milyondan çox uşaq isə məktəblərin təxminən bir il bağlı qalması səbəbindən əyani təhsil ala bilməyib. 14 ölkədə 2020-ci ilin martından bu ilin fevralınadək məktəblər bağlı qalıb, üçdə ikisi Latın Amerikası və Karib dənizi hövzəsindən olan bu ölkələrdə 98 milyon məktəbli təsirə məruz qalıb.

Məlumata görə, məktəblərin ən uzun müddət bağlı qaldığı ölkələrə Panama liderlik edir, onu isə Salvador, Banqladeş və Boliviya izləyir.

Xəbəri BBC yayıb.

Elçin ABBASOV, “Xalq qəzeti”

 

5 Mart 2021 00:49 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
22 Aprel 2021 | 04:51
Ed Vudvord istefa verir

Köhnə versiyamızdan xəbərləri izlə