Ən son xəbərlər
Yaponiyada şirkətlərin kredit ödəmə qabiliyyətini araşdıran “Teikoku Databank” müəssisəsi ötən ilin fevralından bu ilin müvafiq ayınadək koronavirus pandemiyasına görə gündoğar ölkədə 1100-dən artıq şirkətin iflasa uğradığı barədə məlumat yayıb.
Məlumatda qeyd edilir ki, fevralın 3-də ölkə üzrə 1100 müəssisə ya ləğv olunma prosedurunu başa çatdırıb, ya da bununla əlaqədar sənədlərin hazırlanmasına yekun vurub. Həmin siyahıda restoranların və barların üstünlük təşkil etdiyi qeyd edilir. Belə ki, siyahıda belə şirkətlərin sayı 172-yə çatıb. Bundan sonra tikinti biznesinə (92 şirkət) aid şirkətlər gəlir. Siyahıda ilk üçlüyü mehmanxanalar və otellər tutur– bu sahəyə aid 79 şirkət fəaliyyətini dayandırmaq qərarı qəbul edib. Belə şirkətlərin regionlar üzrə sayına gəlincə, birinci yerdə Tokio (264 şirkət), ikinci yerdə Osaka prefekturası (108 şirkət), üçüncü yerdə isə Kanaqava prefekturası (64 şirkət) gəlir.
Mahmud QƏRİBOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə