Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İngiltərə arıqlayan vətəndaşlarına pul təklif edir

“The Mirror” nəşri yazır ki, piylənmədən əziyyət çəkən britaniyalılara arıqlamaları müqabilində pul ödəmək təklif edilib. Bu, iş adamı Kit Mills tərəfindən irəli sürülən təşəbbüsün bir hissəsidir. 

Mills İngiltərə hökuməti qarşısında məsələ qaldırmalı və piylənmə ilə mübarizə çərçivəsində yeni stimullar və mükafatlandırma proqramı təklif etməlidir: bunun bir hissəsini də idman hərəkətlərinə görə ödəmələr təşkil edəcək.

Səhiyyə işçilərinə də başqa ölkələrdə piylənmə ilə mübarizə üçün hansı proqramların mövcud olduğunu öyrənmək lazım olacaq. Bu sahədə Sinqapurda zamanla arıqlama proqramı ingilislərin diqqətini çəkib: yüksək fiziki fəallıq göstərən insanlar ödənişlərlə mükafatlandırılırlar. Bundan əvvəl İngiltərə hökuməti piylənmə əleyhinə kampaniya üçün 100 milyon funt sterlinq ayıracağını açıqlamışdı. Bunun 70 milyondan çoxunu, ölkənin Milli Səhiyyə Xidmətinin çəkiyə nəzarət üzrə işlərinə xərclənəcək. Qalan 30 milyon funt sterlinq isə sağlam çəkinin qorunmasına yönəlmiş təşəbbüslərin maliyyələşdirilməsinə sərf ediləcək.

Hökumət ümid edir ki, bu, 700 min yaşa dolmuş ingilisin arıqlamasına kömək edəcək. “The Mirror” xatırladır ki, piylənmə ölkənin sağlamlıq sahəsində üzləşdiyi ən ciddi böhranlardan biridir. Britaniyada yaşlı nəslin təxminən üçdə ikisinin (63 faizi) artıq çəkisi var və hətta piylənmədən əziyyət çəkir. İbtidai məktəbin sonuncu sinfində olan hər üçüncü uşaq da oxşar problemlərlə üzləşir.

Hökumət səhiyyə sistemindəki yükü azaltmaq üçün artıq 2020-ci ilin iyulundan bir piylənməyə qarşı mübarizə proqramına başlayıb.

O zaman məlumat verilirdi ki, piylənmənin yaratdığı xəstəliklərə qarşı mübarizə ölkəyə ildə 6 milyard funt-sterlinqə başa gəlir. Bundan əlavə, piylənmə COVID-19 xəstəliklərinin ağırlaşmasına və ölümlə nəticələnməsi riskini artırır.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

5 Mart 2021 03:41 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
22 Aprel 2021 | 04:51
Ed Vudvord istefa verir

Köhnə versiyamızdan xəbərləri izlə