Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Salnaməfilm Studiyasi”MMC AÇIQ TENDER ELAN EDİR

“Salnaməfilm Studiyasi”MMC “Vətən müharibəsi (ikinci Qarabağ müharibəsi) – 44 günlük savaş” sənədli filminin istehsalı üçün çəkiliş avadanlıqlarının icarəsi və müxtəlif xidmətlərin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR:

 

Tender 1 lot üzrə keçirilir.
Lot-1. “Vətən müharibəsi (ikinci Qarabağ müharibəsi) – 44 günlük savaş” sənədli filminin istehsalı üçün çəkiliş avadanlıqlarının icarəsi və müxtəlif xidmətlərin satın alınması.
Müqavilənin icra müddəti 2021-ci il iyulun 1-dəkdir.
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
Tenderdə iştirak etmək istəyənlər 150 (bir yüz əlli) manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürməlidirlər.
Təşkilatın adı- “Salnaməfilm Studiyasi” MMC
VÖEN-1300077441
Bank - “Kapital Bank”ın Cəfər Cabbarlı filialı
H/h- AZ 48 AIIB 38030019443400258104
Kod- 200048
M/h- AZ 37 NABZ 01350100000000001944
VÖEN- 9900003611
SWIFT AIIBAZ-2X
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- digər sənədlər- analoji işlərin yerinə yetirilməsi barədə iddiaçının potensial imkanları haqqında məlumat.
Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının məbləği müqavilənin ümumi məbləğinin 5 faizi həcmində müəyyən edilir. Müqavilənin qiyməti 100 000 ABŞ dollarının manat ekvivalentindən az olan satınalma müqaviləsi ilə bağlı həmin müqavilənin yerinə yetirilməsinin təminatı tələb olunmur.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri 6 aprel 2021-ci il saat 17.00-a, tender təklifi və bank təminatı sənədlərini isə 14 aprel 2021-ci il saat 17.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 15 aprel 2021-ci il saat 17.00-da açılacaqdır.
İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.
Qeyd-tenderdə iştirak, tenderin qiymətləndiriliməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsi ilə aparılır.
 

Tender komissiyası

5 Mart 2021 02:34 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
22 Aprel 2021 | 04:50
BİLDİRİŞ
22 Aprel 2021 | 04:49
BİLDİRİŞ
22 Aprel 2021 | 04:42
BİLDİRİŞ
22 Aprel 2021 | 04:41
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə