Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azercell” yeni sertifikat qazandı

Müştəri xidmətləri sahəsində örnək olan “Azercell Telekom” MMC ISO 10004:2018 : Keyfiyyətin idarə olunması üzrə ilk sertifikatını əldə etdi. Müasir texnologiyaların və biznes həllərin köməyilə müştərilərinin işini asanlaşdırmağı hədəfləyən “Azercell” müştərilərə göstərilən xidmət səviyyəsi, müraciətlərin cavablandırılması üzrə dəfələrlə beynəlxalq sertifikatlara layiq görülüb.

 

Hətta COVID–19 pandemiyası ilə əlaqədar tətbiq olunan sərt karantin rejimində “Azercell”in Müştəri Xidmətləri fasiləsiz olaraq onlayn şəkildə fəaliyyət göstərib, yaşı 65-dən yuxarı olan abunəçilərə isə Səyyar Müştəri Xidmətləri tərəfindən pulsuz xidmət aparılıb. “Azercell”in istifadəyə verdiyi “Kabinetim” tətbiqi müştəri məmnuniyyətinin artırılması, şikayətlərin dərhal həlli istiqamətində atılmış addımlardan biri olub.
ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ümumdünya milli standartlar qurumları (ISO üzv qurumları) federasiyasıdır. İndiyədək federasiya tərəfindən idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair minlərlə standartlar müəyyənləşdirilib.
Qeyd edək ki, müştərilərə göstərdiyi xidmət keyfiyyətinin ölçülməsi ilə bağlı “Azercell”daha öncə ISO 10002:2018: Keyfiyyətin İdarə Olunması (müştəri məmnuniyyəti) müəssisələrdə şikayətlərə baxılmasına dair təlimatlar standartına uyğunluq üzrə sertifikat və ISO 18295:2017 : Əlaqə Mərkəzlərinin idarə edilməsi sahəsində uyğunluq sertifikatına layiq görülüb.
“Xalq qəzeti”

5 Mart 2021 03:08 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə