Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

№ 51                   Bakı şəhəri, 4 mart 2021-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 291; 2018, № 2, maddə 350, № 4, maddə 816, № 12 (II kitab), maddə 2748; 2019, № 3, maddə 517; 2020, № 2, maddə 198, № 5, maddə 650) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisə-lərinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

 

1. Aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin:

 

“3.2-1. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qüvvədə olduğu müddətdə qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada bir mərhələdə keçirilir. Qəbul imtahanında abituriyentlərə Azərbaycan və ya rus dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim edilir. Bu mərhələdə abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır.”.

 

2. 3.4-cü bəndin birinci cümləsində “Hər mərhələdə imtahanın” sözləri “Qəbul imtahanının” sözləri ilə əvəz edilsin.

 

3. 3.5-ci bəndə “ikinci mərhələdə” sözlərindən sonra “, habelə bu Qaydaların 3.2-1-ci bəndinə uyğun olaraq keçirilən qəbul imtahanında” sözləri əlavə edilsin.

 

4. 3.9-cu bəndin ikinci cümləsindən “birinci mərhələdə” sözləri çıxarılsın.

 

Əli ƏSƏDOV,

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə