Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyanın elmi jurnalında “Tarixi kontekstdə siyasi liderin imici. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nümunəsində” sərlövhəli məqalə dərc edilib

Rusiyanın “Voprosı politologii” elmi jurnalının fevral nömrəsində tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi Ülkər Mehdiyevanın “Tarixi kontekstdə siyasi liderin imici. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nümunəsində” sərlövhəli məqaləsi dərc edilib.

Məqalədə İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbədə İlham Əliyev şəxsiyyətinin rolu ətraflı tədqiq edilib. Prezidentin xarici KİV-lərə verdiyi müsahibələrə xüsusi diqqət ayrılıb. Bu müsahibələrdə Prezident öz ölkəsinin mövqeyini ən yüksək səviyyədə müdafiə etməyə və tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa nail olub. Qeyd edilib ki, Prezidentin xalqa müraciəti zamanı və xarici jurnalistlərə müsahibələrində bəzi mülahizələri kütlənin şüurunda İlham Əliyevin obrazını Müzəffər Ali Baş Komandan kimi təsdiqləyib, həm Azərbaycanın daxilində, həm onun hüdudlarından kənarda, diasporun yaşadığı ölkələrdə xalqın vətənpərvərlik ruhunun yüksəlməsinə, onun həmrəyliyinə kömək olub. Müəllif yazır: “Bu gün Azərbaycan Respublikasının əhalisinin mütləq əksəriyyəti Prezidenti dəstəkləyir. Müharibə Azərbaycan xalqını Azərbaycanın müstəqillik əldə etdikdən sonra uzun illər ərzində, düşmən rejiminin işğalçı siyasətinə müqavimət göstərməyə qadir olan güclü dövlətə çevrilməsini bütün dünyaya təkcə sözdə deyil, əməldə də sübut edən Ali Baş Komandanın rəhbərliyi altında birləşdirdi”.

Qeyd edək ki, “Voprosı politologii” jurnalı “Ulrich's Periodicals Directory” dövri nəşrlərin beynəlxalq məlumat bazasına, Rusiya Elmi Sitatlar İndeksinə, həmçinin Rusiya Federasiyasının Ali Attestasiya Komissiyası tərəfindən resenziyalaşdırılan nəşrlərin siyahısına daxil edilib.

Məqalənin müəllifi Ülkər Mehdiyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) məzunudur. 2015-ci ildə MDU-nun Tarix fakültəsində “Rusiya və Azərbaycan arasında sosiomədəni əlaqələrin inkişafında Azərbaycan diasporunun rolu (2003-2010-cu illər)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Ü.Mehdiyeva Rusiya Jurnalistlər Birliyinin və Beynəlxalq Jurnalistlər Federasiyasının üzvüdür.

4 Mart 2021 17:26 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə