Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BŞTİ müdiri koronavirusa qarşı peyvənd olunub

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) kollektivi vaksinasiya prosesinə qoşulub.

İdarədən APA-ya verilən məlumata görə, vaksinasiya prosesinə BŞTİ-nin müdiri Mehriban Vəliyeva və müvafiq əməkdaşlar cəlb olunub.

Qeyd edək ki 3 mart 2021-ci il tarixindən paytaxtda təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün də vaksinasiya prosesinə start verilib. Bu məqsədlə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində 10 peyvənd məntəqəsi yaradılıb. Vaksinasiya prosesinə paytaxt üzrə 20 000 nəfərə yaxın pedaqoji və texniki heyət üzvünün cəlb olunması nəzərdə tutulur.

 

Koronavirus pandemiyası şəraitində normal iş mühitinin davam etdirilməsini istəyən və sağlamlıqlarına həssas yanaşan təhsil işçiləri vaksinasiya prosesində fəal iştirak edirlər.

4 Mart 2021 16:26 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə