Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəkidə yaş barama istehsalının 56 tona çatdırılması proqnozlaşdırılır

Builki mövsümdə Şəki rayonunda yaş barama istehsalının artırılaraq 56 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirilməsi ilə əlaqədar bu günədək 293 kümçü Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçirilib və hazırda proses davam etdirilir.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.

Qurum rəsmisi bildirib ki, rayonun kümçüləri mövsümə ciddi hazırlaşırlar. Hazırda kümxanalarda dezinfeksiya işləri aparılır. Şəki rayonu üzrə 67 kümçü Aqrar Xidmətlər Agentliyi tərəfindən keçirilən videotəlimlərdə iştirak edib.

Xatırladaq ki, ötən il barama yetişdirmək üçün Şəki rayonunda 389 kümçüyə 1590 qutu ipəkqurdu paylanılıb. Şəkili kümçülər keçən mövsüm 33 tondan çox yaş barama istehsal ediblər.

4 Mart 2021 14:00 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Aprel 2021 | 08:22
Eldar Tofiq oğlu Quliyev
15 Aprel 2021 | 09:58
Kaşğarda Azıx şəhəri
13 Aprel 2021 | 01:35
On bir ayın sultanı gəldi...

Köhnə versiyamızdan xəbərləri izlə