Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Anar Kərimov Topqapı Sarayında “Xəmsə”nin motivləri üzrə miniatürlərin xüsusi sərgisi ilə tanış olub

Martın 3-də mədəniyyət naziri Anar Kərimov və nümayəndə heyətinin üzvləri Topqapı Saray Muzeyini ziyarət edib. 

Mədəniyyət Nazirliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, burada Türkiyə Milli Saraylar İdarəsi başqanının müavini professor Əhməd Çapoğlu, Bərpa və konservasiya şöbəsinin müdiri Cem Eriş ilə görüş keçirilib.

Görüşdə Milli Saraylar İdarəsi ilə muzey sahəsində əlaqələrin qurulması, o cümlədən bərpa və konservasiya emalatxanaları vasitəsilə təcrübə mübadiləsinin aparılması, burada çalışan mütəxəssislərin azərbaycanlı həmkarları ilə təcrübələrini bölüşməsi məqsədilə təlim və treninqlərin təşkili barədə söhbət aparılıb.

 

Görüşdə həmçinin, “Nizami Gəncəvi İli” çərçivəsində 2021-ci ilin ikinci yarısında Bakıda Topqapı Saray Muzeyində qorunan “Xəmsə” motivləri üzrə çəkilmiş miniatürlərdən ibarət sərginin və 2022-ci ildə isə Topqapı Saray Muzeyində Azərbaycan mədəniyyətinə və tarixinə həsr olunmuş sərginin təşkil edilməsi ilə bağlı müzakirələr aparılıb.

Sonra A.Kərimov Topqapı Sarayı Muzeyində dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinin motivləri üzrə çəkilmiş XV əsrə aid miniatürlərin xüsusi qapalı sərgisi ilə tanış olub. Buradakı qiymətli miniatür nümunələri barədə nazirə məlumat verilib.

4 Mart 2021 12:51 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Aprel 2021 | 08:22
Eldar Tofiq oğlu Quliyev
15 Aprel 2021 | 09:58
Kaşğarda Azıx şəhəri
13 Aprel 2021 | 01:35
On bir ayın sultanı gəldi...

Köhnə versiyamızdan xəbərləri izlə