Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə millisi ilə oyun səbəbindən Azərbaycan kubokunda finalın vaxtı dəyişib

Azərbaycan Premyer Liqasının və Azərbaycan kubokunun təqvimində dəyişiklik edilib.

"Xalq qəzeti" xəbər verir ki, bu barədə qərarı Peşəkar Futbol Liqası verib.

Buna AFFA-nın quruma müraciəti səbəb olub. Assosiasiya Azərbaycan milli komandasının Türkiyə milli komandası ilə 27 may 2021-ci il tarixdə nəzərdə tutulmuş yoxlama oyunu ilə əlaqədar olaraq müvafiq dəyişiklik etməyi xahiş edib. Azərbaycan milli komandasının mənafeyini, bu yoldaşlıq görüşünün iki ölkə arasındakı dostluq və qardaşlıq baxımından vacib olduğunu nəzərə alaraq PFL çempionatın son iki turunun və ölkə kubokunun final oyununun vaxtını dəyişib.

 

Premyer Liqa
XXVII tur

14 may

XXVIII tur
19 may

Azərbaycan Kuboku
Final

24 may

4 Mart 2021 12:39 - İDMAN
İDMAN
17 Aprel 2021 | 08:39
Rekord yenilənib
15 Aprel 2021 | 08:27
Dünyanın ən bahalı klubu

Köhnə versiyamızdan xəbərləri izlə