Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Co Bayden mayın sonunadək bütün yaşlı əhalinin peyvənd olunacağını vəd edib

ABŞ Prezidenti Co Bayden bildirib ki, may ayının sonuna qədər ölkənin yaşlı sakinlərinin hər biri koronavirusa qarşı peyvənd olunaraq. Bu, əvvəl gözlənilən müddətdən iki ay tezdir.

Bu barədə “Reuters” məlumat yayıb.

Ağ ev rəhbəri bu yaxınlarda təsdiqlənmiş birdəfəlik vaksinin istehsalını artırmaq məqsədilə “Johnson & Johnson” və “Merck” şirkətləri ilə saziş bağlanmasının təfsilatını edərkən bu barədə məlumat verib. Bayden bu iki şirkətin əməkdaşlığını “irəliyə doğru böyük addım” adlandırıb.

Prezident deyib ki, o, yeni əczaçılıq proqramının başlanması təşəbbüsünə də razılıq verib. Beləliklə, mart ayının sonuna qədər hər bir məktəbli və tərbiyəçi birinci vaksini alacaq. Bu, məktəblərdə məşğələlərin daha tez bərpa olunmasına müsbət təsir göstərəcək. Cons Hopkins Universitetinin elan edilmiş son məlumatına görə, bazar ertəsi ABŞ-da koronavirusa yeni yoluxanların sayı təqribən 58.800 nəfər, bu virus səbəbindən ölənlərin sayı isə 1500 nəfər olub.

Pandemiyanın əvvəlindən bəri ölkədə təqribən 29 milyon 370 min koronavirusa yoluxma, 529 min 214 ölüm faktı qeydə alınıb.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

4 Mart 2021 00:02 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə