Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ankara yeni “S-400” kompleksinin alınması imkanlarını nəzərdən keçirir

Türkiyə Rusiyadan yeni “S-400” zenit-raket kompleksinin alınması imkanlarını nəzərdən keçir. Bu bəyanatla Türkiyə Müdafiə Sənayesi Birliyinin rəhbəri İsmail Demir çıxış edib.

O, NTV telekanalına müsahibəsində deyib:

“İkinci “S-400 zenit-raket kompleksi sistemlərinin alınması üzrə çalışmalarımız davam edir”.

İsmail Demirin sözlərinə görə, Türkiyə öz müdafiə sistemlərini hazırlamaqla, silahlı qüvvələrin gücləndirilməsi üzərində də işləyir. Bu il Türkiyə ordusunun “Sunqur” və “Hisar-A+” sistemləri ilə təchizatına başlanılacaq.

Həmçinin hava hücumuna qarşı yerli "Sipər" sisteminin hazırlanması işləri də davam edir. Türkiyə Müdafiə Sənayesi Birliyinin rəhbəri “S-400” zenit-raket kompleksi sistemlərinin alınması ilə bağlı ABŞ tərəfindən tətbiq olunan sanksiyaların Ankaraya ciddi təsir göstərmədiyini, Vaşinqtonun bu məsələdə tutduğu mövqeyin yanlış olduğunu deyib.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

4 Mart 2021 03:57 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
17 Aprel 2021 | 04:42
Zelenski Parisə səfər edib
16 Aprel 2021 | 08:02
Bədbin statistika

Köhnə versiyamızdan xəbərləri izlə