Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Əfqanıstana “Taliban”la danışıqlar aparmağı təklif edir

ABŞ-ın dövlət katibi Entoni Blinken Qətərin baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd ibn Əbdül Rəhman əl-Tani ilə telefon danışığı aparıb. Söhbət zamanı bir sıra digər məsələlərlə yanaşı, Əfqanıstan münaqişəsinin nizamlanması da müzakirə olunub. 

TASS-ın ABŞ-ın Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, Blinken Qətərdə ABŞ hərbi bazasının yerləşdirilməsinə və Əfqanıstanda sülh prosesinə verdiyi dəstəyə görə XİN başçısına minnətdarlığını bildirib.

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad isə deyib ki, Vaşinqton Əfqanıstan hökuməti və “Taliban” hərəkatı arasında Dohadakı danışıqlardan daha yüksək səviyyəli görüş keçirilməsini təklif edib. Əfqanıstan hökumətindəki yüksək vəzifəli şəxsin verdiyi məlumata görə, ABŞ nümayəndəsi, bundan əlavə, Əfqanıstan münaqişəsinin sülh yolu ilə nizamlanması üçün regional konfrans keçirilməsi barədə də təklif irəli sürüb.

Əfqan hökumətindəki mənbə onu da deyib ki, Xəlilzad Əfqanıstan rəhbərliyi ilə Dohada Vaşinqton və “Taliban” arasında əldə olunmuş razılaşmanın bəzi bəndlərinə yenidən baxılması məsələsini müzakirə edib. ABŞ-ın xüsusi nümayəndəsinin sözlərinə görə, Vaşinqton razılaşmadan imtina etmir, sadəcə olaraq, ona düzəlişlər etmək niyyətindədir. Qeyd edək ki, Xəlilzad Kabilə Cozef Baydenin ABŞ Prezidenti seçilməsindən sonra gəlib.

ABŞ-ın Əfqanıstandakı səfirliyinin məlumatına görə, Birləşmiş Ştatların xüsusi nümayəndəsi Kabildən sonra Dohaya gedəcək və orada “Taliban” nümayəndələri ilə görüşəcək. Xatırladaq ki, 2020-ci il fevralın 29-da ABŞ-ın sabiq rəhbərliyi və “Taliban”ın Dohada əldə etdikləri razılaşmaya əsasən, Vaşinqton və müttəfiqləri 14 ay ərzində bütün qoşunlarını Əfqanıstandan çıxarmalıdır. Taliblər isə ABŞ və müttəfiqləri üçün təhlükə yaratmayacağını vəd edib.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

4 Mart 2021 02:54 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
17 Aprel 2021 | 04:42
Zelenski Parisə səfər edib
16 Aprel 2021 | 08:02
Bədbin statistika

Köhnə versiyamızdan xəbərləri izlə