Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC AÇIQ TENDER ELAN EDİR

Lot-1. İstismar olunan liftlərin illik servis xidmətlərinin və onların ehtiyat hissələrinin satın alınması.
Lot-2. Avtomatik idarə olunan jalüz və dəmir qapıların, şlaqbaumların illik servis xidmətlərinin və onların ehtiyat hissələrinin satın alınması.
Lot-3. Çəkiliş və yayım avadanlıqlarının satın alınması.
Lot-4. 1 C mühasibat uçotu proqramının sistemə uyğunlaşdırılması və 2021-ci ilin sonunadək texniki xidmətlərin göstərilməsinin satın alınması.
Açıq tenderdə iddiaçı qismində ixtisaslı işçi heyətinə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər. Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https//www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən iddiaçılar hər bir lot üçün 50 manat məbləğdə iştirak haqqını (ASAN ödəniş vasitəsilə) aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər:
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Alan bank- Dövlət Xəzinədarlığı Agentliyinin 1 saylı Xəzinə idarəsi
VÖEN- 1401555071
Kod -210005
M/h- AZ41NABZ01360100000000003944
SWİFT- CTREAZ22
Alan təşkilat- “AzTv” QSC
VÖEN-9900062371
Büdcə təsnifatının kodu -142330
Büdcə səviyyəsinin kodu-7, fond- 7
Hh-AZ33CTRE00000000000004048501
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi (ASAN ödəniş);
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- satınalan təşkilat tender təklifinin təminatını tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində müəyyənləşdirir. Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır. Bank təminatını təqdim etməyən (60 bank günü müddətində qüvvədə olmayan) iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;
- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;
- yüklülük barədə vergi orqanından arayış;
- iddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında dövlət orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı;
- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının ilkin qeydiyyat sənədlərinin və onlara edilmiş əlavə və düzəlişlərin müvafiq qaydada təsdiqlənmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;
- mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid olması barədə məlumat;
- digər sənədlər (tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər).
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). Mətnlər arasında fərq aşkar olunarsa, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir. İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tenderlə əlaqədar istənilən məlumatı almaq üçün aşağıdakı şəxsə müraciət etmək olar. Əlaqələndirici şəxs- Əsgərov Camal Hidayət oğlu, ünvan- Bakı şəhəri , M.Hüseyn küçəsi 1, telefon- +99412 537 02 00.
İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun olaraq hazırlamalı, tenderdə iştirak üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 4 aprel 2021-ci il saat 15.00-a, tender təklifini və təklifin bank təminatını isə 12 aprel 2021-ci il saat 15.00-dək portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların tender təkliflərinin açılışı 13 aprel 2021-ci il saat 15.00-da elektron portal vasitəsilə olacaqdır.
QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.
 

Tender komissiyası

4 Mart 2021 00:52 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 Aprel 2021 | 08:32
BİLDİRİŞ
16 Aprel 2021 | 08:18
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə