Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Biləsuvar Cənubi Muğan Kanalı İstismarı İdarəsi AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Cari təmir işləri üçün tikinti materiallarının satın alınması.
Lot-2. Nasos stansiyasında mexaniki avadanlıqların, torpaqqazan mexanizmlərin və nəqliyyat vasitələrinin təmiri üçün ehtiyat hissələrinin satın alınması .
Tender iştirakçılarına təklif olunur ki, satınalma elektron portal vasitəsilə keçirildiyi üçün müarciətləri portal vasitəsilə elektron etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, iddiaçının maddi-texniki imkanları, iddiaçının faktiki yerləşdiyi ünvan və maliyyə vəziyyəti. Müqavilənin yerinə yetirilməsi üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Məlumat mübadiləsi yalnız dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.
Tender təklifləri, eləcə də bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Malgöndərənlər (podratçılar) tender təkliflərini, eləcə də bütün sənədləri və müraciətləri dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim edilən sənədlər və təkliflər qəbul olunmayacaqdır. Malgöndərənlərin (podratçıların) səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün digər prosedurlar yalnız elektron qaydada vahid internet portalı vasitəsilə aparılır.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlarla portalın qanunvericilik hissəsində (https://etender.gov.az/laws) tanış olmaq mümkündür
Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır.
Əlaqələndirici şəxs-Abdullayev Allahyar Polad oğlu.
Ünvan-Biləsuvar єəhəri , H. Əliyev küçəsi 86.
E-mail: [email protected]
Telefon-025-29-5-00-32.
Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba hər bir lot üçün 100 (bir yüz) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Bank rekvizitləri- Biləsuvar Cənubi Muğan Kanalı İstismarı İdarəsi
H/h- AZ68CTRE00000000000002353502
VÖEN-4100036711
Büdcə gəlirlərinin təsnifatı kodu -142330 Büdcə səviyyəsinin kodu- 7
Bank-Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN-1401555071
Kod- 210005
M/h- AZ41NABZ013601000000003944
S.W.İ.F.T- CTREAZ22
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər.
1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (dövlət reyestrindən çıxarışın və şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir, rekvizitlərin iddiaçının və ya bankın imzası və möhürü ilə təsdiq edilməsi və PDF formatında yerləşdirilməsi zəruridir).
2. Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).
3. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).
4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə vergi orqanından arayış (arayışın tender elan olunduğu tarixdən sonra alınması və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir).
5. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (son maliyyə dövrünə olan məlumatı əks etdirməsi və sənədin əslinin skan olunaraq PDF formatında yerləşdirilməsi zəruridir).
6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (arayışın tender elan olunduğu tarixdən sonra alınması və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir).
1.1. İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 15 aprel 2021-ci il saat 17.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 23 aprel 2021-ci il saat 17.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim edilən təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.
Tender təklifi zərfləri 26 aprel 2021-ci il saat 17.00-da elektron portal vasitəsilə açılacaqdır.
 

Tender komissiyası

4 Mart 2021 02:46 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
11 Aprel 2021 | 02:59
BİLDİRİŞ
11 Aprel 2021 | 02:51
BİLDİRİŞ
11 Aprel 2021 | 02:22
BİLDİRİŞ
11 Aprel 2021 | 01:51
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə