Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi 2021-ci ildə müxtəlif sərfiyyat və xüsusi tətbiqetmə mallarının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçiriləcəkdir.
Lot-1. 2021-ci ildə müxtəlif sərfiyyat və xüsusi tətbiqetmə mallarının satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https//www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
İddiaçılar 170 (yüz yetmiş) manat məbləğdə iştirak haqqını (ASAN ödəniş vasitəsilə) aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.
Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi
VÖEN- 1700007431
Bank-DXA
Kod- 210005
VÖEN- 1401555071
M/h- AZ41NABZ01360100000000003944
SWIFT- CTREAZ22
H/h- AZ28CTRE00000000000004138316
Fond- 7, büdcə təsnifatı kodu- 142330
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (təklif zərfləri açıldığı gündən sonra ən azı 60 bank günü ərzində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;
- son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə vergi orqanından arayış;
- iddiaçıların son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçıların son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna aid məlumat (əsas şərtlər toplusunun “malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna aid məlumat forması”na uyğun olaraq);
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 (beş) il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumatlar;
- müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması barədə məlumatlar;
- kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə (VÖEN);
- mənfəət vergi bəyannaməsi (əvvəlki ilin);
- kommersiya qurumunun kiçik, orta və iri sahibkarlıq subyekti meyarına aid olması və bu barədə vergi orqanından müvafiq arayış;
- iddiaçıların son 1 (bir) ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanları haqqında məlumat.
Sənədlər Azərbaycan dilində 2 (iki) nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Üstünlük Azərbaycan dilinə veriləcəkdir.
İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçiriləcəkdir.
Tenderlə əlaqədar məlumat almaq üçün aşağıdakı şəxsə müraciət etmək olar.
Əlaqələndirici şəxs- Elşad Sultanov.
Ünvan- Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 30 nömrəli ünvanda yerləşən AMEA Rəyasət Heyətinin inzibati binası.
Telefon- (012) 492 62 85.
E-mail: [email protected]
İddiaçılar tenderdə iştirak üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 31 mart 2021-ci il saat 11.00-a, tender təklifini və təklifin bank təminatını isə 8 aprel 2021-ci il saat 16.00-dək elektron portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim edilən təkliflər dövlət satınalmalarının vahid internet portal vasitəsilə qəbul olunmayacaqdır.
İddiaçıların tender təklifi zərfləri 9 aprel 2021-ci il saat 11.00-da dövlət satınalmalarının vahid internet portal vasitəsilə açılacaqdır. Elektron satınalmanın hər bir iştirakçısı onların təkliflərinin açılışını və qiymətləndirilməsini elektron portal vasitəsilə izləyə bilər.
Qeyd-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.
 

Tender komissiyası

4 Mart 2021 03:45 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
13 Aprel 2021 | 02:50
ELAN
11 Aprel 2021 | 02:59
BİLDİRİŞ
11 Aprel 2021 | 02:51
BİLDİRİŞ
11 Aprel 2021 | 02:22
BİLDİRİŞ
11 Aprel 2021 | 01:51
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə