Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Futzal üzrə Azərbaycan millisinin yekun heyəti açıqlanıb

Martın 4-də Bakı İdman Sarayında Avropa çempionatının seçmə mərhələsinin növbəti oyununa çıxacaq futzal üzrə Azərbaycan millisinin yekun heyəti müəyyənləşib.

"Xalq qəzeti" Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, karyerasını İspaniya klublarında davam etdirən Qalo və Rafael Vilela martın 3-də komandaya qoşulub.

Zədəli Emin Kurdovu isə Cavad Məmmədov əvəzləyib. Baş məşqçi Joze Alesio Da Silva Moldova ilə görüşdə qapıçılar - Rövşən Hüseynli, Cavad Məmmədov, oyunçular - Bolinha, Rizvan Fərzəliyev, Qalo, Rafael Vilela, Vassoura, Amir Shojaei, Xətai Bağırov, İsa Atayev, Ramiz Çovdarov, Fineo De Araujo, Hadi Ahmadi və Eduardo Borges xidmətlərindən istifadə edəcək.

3 Mart 2021 20:30 - İDMAN
İDMAN
17 Aprel 2021 | 08:39
Rekord yenilənib
15 Aprel 2021 | 08:27
Dünyanın ən bahalı klubu

Köhnə versiyamızdan xəbərləri izlə