Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AQTA ilə Polşanın Bitki Mühafizəsi və Toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında görüş keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Polşa Respublikasının Bitki Mühafizəsi və Toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında görüş keçirilib.

 "Xalq qəzeti" xəbər verir ki, agentliyin sədri Qoşqar Təhməzlinin iştirak etdiyi görüşdə Azərbaycanla Polşa arasında müvafiq sahələrdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi, Polşaya bitki və bitki məhsulları ixracının artırılması imkanlarının nəzərdən keçirilməsi, pestisidlərin monitorinqi, sınağı və qeydiyyatı üzrə Polşa təcrübəsinin öyrənilməsi və bitki mühafizəsi sahəsində mövcud qanunvericilik mübadiləsi ilə əlaqədar müzakirələr aparılıb.

Tərəflər əməkdaşlığı öz səlahiyyətləri çərçivəsində və dövlətlərin qanunvericiliklərinə, eləcə də 2019-cu il mayın 31-də Bakıda imzalanmış “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Polşa Respublikasının Bitki Mühafizəsi və Toxum İstehsalı Dövlət Müfəttişliyi arasında fitosanitariya sahəsində Anlaşma Memorandumu”na uyğun olaraq, bərabərlik və qarşılıqlı səmərəlilik prinsipləri əsasında inkişaf etdirəcəklərini bildiriblər.

Görüşdə iki qurum arasında daha geniş əməkdaşlığın müvafiq struktur bölmələri vasitəsilə konkret istiqamətlər üzrə həyata keçirilməsi, eləcə də mütəxəssislərin qarşılıqlı işgüzar və təcrübə səfərlərinin təşkili barədə razılıq əldə olunub.

3 Mart 2021 20:00 - SİYASƏT
SİYASƏT
17 Aprel 2021 | 08:30
Daldan atılmış daş...

Köhnə versiyamızdan xəbərləri izlə