Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xeyli insan loqonu Hitlerin bığına bənzətdiyi üçün Amazonu tərk etdi

Yanvarda təqdim olunan yeni Amazon loqosu üstündəki mavi lent zolağına görə, mübahisələrə səbəb olub. Çünki loqonun bu hissəsi çoxlarına Adolf Hitlerin bığını xatırladıb.

 

 "Xalq qəzeti" xəbər verir ki,  müzakirələri indi başlasa da, loqonun əslində 3 ay əvvəl dəyişdirildiyi məlum olub. Sözügedən bığı xatırladan hissə loqonun iki məşhur tarixi şəxslə müqayisəsinə səbəb olub. Onlardan biri Çarli Çaplin, digəri nasist isə diktator Adolf Hitlerdir.

 

Loqo A.Hitlerə nifrət edən çox insanın Amazondan uzaqlaşması ilə nəticələnib. Bunu görək şirkət sözçüləri loqoya aydınlıq gətiriblər: “Hər zaman müştərilərimizi məmnun etmək üçün yeni yollar axtarırıq. Müştərilər alış-verişə telefonla başladıqda yeni nişan görünür. Yeni loqoda məqsəd yalnız alış-verişə həyəcan və sevinc qatmaqdır".

3 Mart 2021 17:52 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə