Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Google şirkəti TikTok analoqunu sınaqdan keçirməyə başladı

Google şirkəti YouTube Shorts-un testini başladıb. Xidmət istifadəçilərə portret istiqamətində qısa videolar çəkmək imkanı təqdim edəcək. Bu xidmət məşhur TikTok tətbiqinə bənzər bir funksiyaya malikdir. Proqramçılar YouTube Shorts-un birbaşa TikTok-un rəqibinə çevriləcəyini bildirirlər.

 

 "Xalq qəzeti" xəbər verir ki, hazırda tətbiqdən yalnız Hindistan və ABŞ vətəndaşları istifadə edə bilər. 

 

Gələcəkdə xidmətin daha çox üstünlükləri olacaq. Platforma hələ də beta sınaq mərhələsindədir. Lakin YouTube Shorts-un köməyi ilə qeydə alınan videolar artıq 3,5 milyard baxış toplayır. Bundan əlavə, Google öz pul qazanma sistemi sayəsində TikTok auditoriyasının əhəmiyyətli bir hissəsini cəlb etməyi ümid edir.

3 Mart 2021 19:10 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə