Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gürcü nazir Türkiyəyə təşəkkür etdi

“Türkiyə və Gürcüstan arasında çox məhsuldar münasibətlər var. Biz bu münasibətləri daha da genişləndirəcəyik. İqtisadi, siyasi, mədəni sahələrdə dinamik əlaqlələr mövcuddur”.

"Xalq qəzeti" xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki Türkiyə Gürcüstanı bütün beynəlxalq platformalarda dəstəkləyir. Gürcü nazir buna görə Türkiyəyə təşəkkür edib.

“Strateji əməkdaşlığımızı gücləndirməliyik. Bölgədə mövcud olan vəziyyəti müzakirə etdik. Əminik ki, birlikdə problemlərin öhdəsindən gələcəyik. Bu gün biz yeni formatlar barədə danışdıq. Bu formatlar ölkələrin suverenliyi və ərazi bütövlüyünə əsaslanmalıdır. Üçlük formatı - Azərbaycan, Türkiyə və Gürcüstan - barədə də fikir mübadiləsi apardıq. Xəzər bölgəsində bizim bu əməkdaşlığımız bütün region üçün çox vacibdir”, - deyə D. Zalkaliani bildirib.

3 Mart 2021 15:29 - SİYASƏT
SİYASƏT
17 Aprel 2021 | 08:30
Daldan atılmış daş...

Köhnə versiyamızdan xəbərləri izlə