Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Füzulidə düşmənin atıb qaçdığı hərbi texnikalar və silah-sursat aşkar edilib

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları xidməti ərazidə müntəzəm reydlər aparır, əvvəllər düşmən ordusunun səngərlərinə və saxlanc yeri kimi istifadə etdikləri qazmalara müntəzəm baxış keçirirlər.

Növbəti belə tədbirlər zamanı erməni hərbçilərin ataraq qaçdığı 2 “İQLA-S” zenit-raket kompleksi, 4 avtomat, 7 müxtəlif növ qumbaralar, 1 “Karbonit” silahı, 1 tank əleyhinə qumbaraatan,  19 mindən çox  müxtəlif çaplı patronlar, 144 müxtəlif növ mərmi və avtomat daraqları aşkar edilərək götürülüb.

3 Mart 2021 14:44 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə