Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Anar Kərimov Türkiyədə yaşayan azərbaycanlı mədəniyyət və incəsənət xadimləri ilə görüşüb

Mədəniyyət naziri Anar Kərimovun Türkiyədə yaşayıb fəaliyyət göstərən bir qrup azərbaycanlı mədəniyyət və incəsənət xadimi ilə görüşü keçirilib.  

Mədəniyyət Nazirliyindən "Xalq qəzeti"nə  verilən məlumata görə, görüşə Xalq artisti, TRT Ankara Radiosu xorunun bədii rəhbəri və dirijoru Elnarə Kərimova, Xalq artisti, rejissor Əflatun Nemətzadə, Əməkdar artist, skripkaçı Toğrul Qəniyev, rəssam, heykəltəraş Səid Rüstəm, pianoçu, Ankara Universiteti Konservatoriyasının müəllimi Gülər Dəmirova, müğənni, “O səs Türkiyə” müsabiqəsinin qalibi Elnur Hüseynov, pianoçu Nərminə Qəniyeva və başqaları qatılıb.

Görüşdə Türkiyədə azərbaycanlı mədəniyyət xadimlərin fəaliyyəti, qardaş ölkədə, eləcə də dünyada Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği, bu istiqamətdə Azərbaycanın Mədəniyyət Nazirliyi ilə əməldaşlıq, mümkün layihələr barədə fikir mübadiləsi aparıldı, ortaya çıxan bəzi problemlər və onların həlli yolları barədə danışılıb.

3 Mart 2021 14:13 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
13 Aprel 2021 | 01:35
On bir ayın sultanı gəldi...

Köhnə versiyamızdan xəbərləri izlə