Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət naziri Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri ilə görüşüb

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov martın 2-də Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb.

Mədəniyyət Nazirliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası və parlaq Zəfəri ilə nəticələnən 44 günlük Vətən müharibəsindən söz açan Fəxrəddin Altun Qarabağın işğaldan azad edilməsində Türkiyənin Azərbaycanla media sahəsində də yaxından əməkdaşlıq etdiyini vurğulayıb, qardaş ölkələr arasında mədəniyyət sahəsində də əməkdaşlığın gücləndirildiyini diqqətə çatdırıb.

Görüşdə Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsi tərəfindən üç dildə çap edilən “Qarabağda 44 gündə gələn Zəfər” kitabı Türkiyə-Azərbaycan qardaşlığının nişanəsi olduğu ifadə edilib.

Nazir Anar Kərimov görüşdən məmnunluğunu ifadə edərək Türkiyənin göstərdiyi dəstəyin heç zaman unudulmayacağını bildirib. Ermənistanın Qarabağda maddi-mənəvi irsə vurduğu ziyanın miqyasını dünyaya nümayiş etdirmək üçün “Peace for Culture” adı altında kampaniyanın başladılacağını diqqətə çatdırıb.

F.Altun Azərbaycanın işğaldan azad olunan ərazilərində Ermənistan tərəfindən mədəni irsə dəymiş ziyanın miqyasının dünyaya çatdırılmasında Türkiyənin Azərbaycanla həmrəylik göstərəcəyini milli vəzifə kimi qəbul etdiklərini dilə gətirib.

Görüşdə ölkələr arasında media, kommunikasiya siyasəti, mədəni əlaqələr, kino sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər mövzularda fikir mübadiləsi aparılıb.

3 Mart 2021 12:16 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
13 Aprel 2021 | 01:35
On bir ayın sultanı gəldi...

Köhnə versiyamızdan xəbərləri izlə