Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyanın ən qədim titanozavrının qalıqları tapılıb

 Argentinanın Pataqoniya regionunda paleontoloqlar dünyanın ən qədim titanozavrının qalıqlarını tapıblar.

"Xalq qəzeti" “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə paleontoloji jurnal “Ameghiniana” məlumat verib.

Bildirilir ki, əvvəllər bilinməyən iri otyeyən dinozavr növünün qalıq sümükləri Neuken şəhərinin cənub-şərqində aşkar edilib.

“Bu, bizim üçün dəyərli bir kəşfdir. Birincisi, bu dinozavr yeni bir titanozavr növüdür. İkincisi, bu, bilinən ən qədim titanozavrdır”, - deyə alimlər bildiriblər.

Paleontoloqların sözlərinə görə, qədim kərtənkələ 20 m uzunluğunda olub. Onun fosil sümüklərinin yaşı 140 milyon il hesablanıb.

Qeyd edək ki, indiyə qədər elm ən çoxu 120 milyon il əvvəllə aid dəlillərlə qarşılaşıb.

3 Mart 2021 10:12 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
17 Aprel 2021 | 04:42
Zelenski Parisə səfər edib
16 Aprel 2021 | 08:02
Bədbin statistika

Köhnə versiyamızdan xəbərləri izlə