Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

3 mart – Ümumdünya Vəhşi Təbiət Günüdür

Ümumdünya Vəhşi Təbiət Günü ilə əlaqədar martın 3-də Azərbaycanın milli parklarında “açıq qapı” günü keçiriləcək və ziyarətçilər milli parklara giriş haqqından azad ediləcək.

Qeyd edək ki, 2013-cü ildən başlayaraq, martın 3-ü bütün dünyada Ümumdünya Vəhşi Təbiət Günü kimi qeyd edilir. Bu günün keçirilməsində məqsəd cəmiyyətin diqqətini vəhşi fauna və yabanı floranın mühafizəsinə cəlb etmək, ictimaiyyəti vəhşi təbiətə qayğı göstərməyə səsləmək və bu sahədə maarifləndirməkdir. Hər il müxtəlif adlar altında qeyd olunan Ümumdünya Vəhşi Təbiət Günü bu il “Meşələr və həyat: dayanıqlı cəmiyyət və planet” başlığı altında keçirilir.

Ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, vəhşi təbiətin oyanışını, baharın ilk əlamətlərini, göz oxşayan dəyişikliklərini müşahidə etmək, torpaqda baş qaldıran yeni cücərtilərin özünəməxsus tünd qoxusunu duymaq, füsunkar gözəlliklərdən həzz almaq istəyirsinizsə, milli parklarımıza səyahət edin! Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşir.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

3 Mart 2021 01:42 - EKOLOGİYA
EKOLOGİYA
13 Aprel 2021 | 18:52
Sabahın HAVA PROQNOZU
2 Aprel 2021 | 19:50
Sabahın HAVA PROQNOZU
1 Aprel 2021 | 19:17
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə