Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qlobal istiləşmə ilə bağlı elmi-tədqiqat

Atmosferə atılan karbon qazı tullantılarının hazırkı aşağı templə azaldılması qarşıdakı 10 ildə Yer kürəsində temperaturun 1,5 dərəcədən çox artmasına səbəb olacaq. “Nat.geo” portalının yaydığı məlumata görə, bu, BMT-dən və bir neçə ölkədən olan alimlərin apardığı elmitədqiqat nəticəsində bəlli olub. Tədqiqatçılar bu vəziyyəti “qırmızı xəbərdarlıq” adlandırırlar. 

Alimlər hesab edirlər ki, ölkələr karbon tullantılarının miqdarının azaldılması üzrə sərt siyasət yürütməyə başlamazlarsa, planetin temperaturu 1,5 dərəcədən çox isinəcək. 

Hökumətlər 2030-cu ilə qədər tullantıları iki dəfə azaltmalıdır ki, Yer “təhlükəsiz” 1,5 dərəcə kandarında qalsın. Lakin tədqiqatçıların fikrincə, BMT-yə təqdim olunan milli strategiyalara əsasən, emissiyalar yalnız 2030-cu ilə qədər sabitləşəcəkdir. BMT-nin Baş katibi Antonio Quterreş bu vəziyyəti Yerin gələcəyi üçün “qırmızı həyəcan” adlandırıb.

Alimlərin fikrincə, emissiyalar iki dəfə azaldılmalıdır, lakin hazırkı vəziyyətdə bu kifayət deyil. Tədqiqatçıların qeyd etdiyi kimi, bəzi ölkələr hətta iqlim planını da təqdim etməyiblər.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

3 Mart 2021 01:36 - EKOLOGİYA
EKOLOGİYA
13 Aprel 2021 | 18:52
Sabahın HAVA PROQNOZU
2 Aprel 2021 | 19:50
Sabahın HAVA PROQNOZU
1 Aprel 2021 | 19:17
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə