Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zaqatala Suvarma Sistemləri İdarəsi AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot -1. Çay məcralarının və kanalların təmizlənməsi işlərinin satın alınması.
Lot – 2. Daş-beton bəndin cari təmiri işlərinin satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, satınalma elektron portal vasitəsi ilə keçirildiyi üçün müarciətləri portal vasitəsilə elektron etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, iddiaçının maddi-texniki imkanları,iddiaçının faktiki yerləşdiyi ünvan, maliyyə vəziyyəti. Müqavilənin yerinə yetirilməsi üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.Məlumat mübadiləsi yalnız dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.
Tender təklifləri, eləcə də bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Malgöndərənlər (podratçılar) tender təkliflərini, eləcədə bütün sənədləri və müraciətləri Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim edilən sənədlər və təkliflər qəbul olunmayacaqdır. Malgöndərənlərin (podratçıların)səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet portalı vasitəsilə aparılır.Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlarla portalın qanunvericilik hissəsində (https://etender.gov.az/laws) tanış olmaq mümkündür. (əlaqələndirici şəxs- baş mühasib Şükür Əliyev, əlaqə nömrəsi +994515413431).
İştirak haqqı lot -1 üçün 150 manat və lot - 2 üçün isə 100 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Təşkilat – Zaqatala Suvarma Sistemləri İdarəsi
H/h- AZ02CTRE00000000000002350201
VÖEN- 5100135161
Bank- Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
VÖEN- 1401555071
M/h- AZ41NABZ01360100000000003944
S.W.İ.F.T- CTREAZ22
Büdcə təsnifatının kodu- 142330
Büdcə səviyyəsinin kodu - 7
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:
Təşkilati və hüquqi sənədlər :
-vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında Dövlət Vergi Xidmətindən arayış ;
-iddiаçının sоn bir ildəкi mаliyyə vəziyyəti hаqqındа bаnк аrаyışı;
-iddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-təsdiq olunmuş rekvizitlər barədə məlumat;
-qeydiyyatdan keçdiyi ölkə;
-nizamnamə;
-iddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektlərinə uyğun olması barədə Dövlət Statistika Komitəsindən arayış;
İxtisas göstəriciləri :
-satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlılığının olması barədə təsdiqedici sənəd;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin,habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə Dövlət Vergi Xidmətindən arayış;
-müflis elan olunmaması,əmlakı üzərinə həbs qoyulmaması,ödənişə yönəlmiş girovun olmaması və məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə ədliyyə orqanından məlumat;
-satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin ,qulluqçuların peşəkarlıq fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyəti ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə DİN və ya Asan Xidmət mərkəzlərindən məlumatlar.
Digər sənədlər – maddi -texniki bazası, işçilərinin sayı və əsas vəsaitləri barədə geniş arayış.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanunua uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri lot- 1 üzrə 30 mart 2021-ci il saat 10.00-a, tender təklifi və bank təminatı sənədlərini isə 7 aprel 2021-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçının təklifləri 8 aprel 2021-ci il saat 10.00-da açılacaqdır.
İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri lot-2 üzrə 30 mart 2021-ci il saat 10.00-a, tender təklifi və bank təminatı sənədlərini isə 7 aprel 2021-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 8 aprel 2021-ci il saat 12.00-da açılacaqdır.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Tender komissiyası

3 Mart 2021 01:33 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
11 Aprel 2021 | 02:59
BİLDİRİŞ
11 Aprel 2021 | 02:51
BİLDİRİŞ
11 Aprel 2021 | 02:22
BİLDİRİŞ
11 Aprel 2021 | 01:51
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə