Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TÜRKSOY-un iqamətgahında Nizami Gəncəviyə həsr olunmuş tədbir

Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması ilə əlaqədar TÜRKSOY-un iqamətgahında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY Beynəlxalq Mədəniyyət Təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkil etdiyi “Dahi Azərbaycan şairi Nizami Gəncəvi” mövzusunda kitab və foto sərginin açılış mərasimi keçirilib.

Açılış mərasimində TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış edərək tədbir iştirakçılarını salamlayıb və təşəkkürünü bildirib. O, böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880-ci ildönümünün TÜRKSOY-da qeyd edilməsindən böyük məmnunluq duyduğunu söyləyib və ortaq dəyərlərimiz olduğunu vurğulayaraq, bundan qürur duyduğunu bildirib.
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov çıxış edərək ilk rəsmi səfərinin qardaş Türkiyəyə olduğundan qürur duyduğunu bildirib. Prezidentinin qərarı ilə bu ilin dahi Azərbaycan şairi “Nizami Gəncəvi ili” elan olunduğunu qeyd edərək tədbirin təşkilinə görə TÜRKSOY-a, xüsusilə, Düsen bəyə və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə öz təşəkkürünü bildirib. Nazir Nizami yaradıcılığı haqqında çıxış edərək bildirib ki, həm Azərbaycanın, həm də Türkiyənin vəzifəsidir ki, belə bir böyük şəxsiyyətin beynəlxalq səviyyədə tanıdılması üçün əlindən gələni etsin.
Daha sonra Nizami əsərlərindən ibarət Milli Kitabxananın təşkil etdiyi kitab sərgisinə ( Milli Kitabxananın fondundan) baxış keçirilib. Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqları Nizami Gəncəvinin əsərlərindən ibarət kitab sərgisi ilə tanış edib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

3 Mart 2021 00:43 -
20 Aprel 2021 | 05:02
Nadir təbiət hadisəsi
16 Aprel 2021 | 08:42
BİLDİRİŞ
15 Aprel 2021 | 09:17
BİLDİRİŞ
14 Aprel 2021 | 09:33
111 milyon dollar yardım

Köhnə versiyamızdan xəbərləri izlə