Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliyanın Kalyari Universiteti ilə əməkdaşlıq başlanır

Son illər Azərbaycan və İtaliya respublikaları arasında əməkdaşlığın şaxələndirilməsi prosesi yeni mərhələyə qədəm qoyub. Azərbaycan – İtaliya əlaqələrinin gündən-günə genişlənməsi, o cümlədən təhsil sahəsinin dinamik inkişafında da əhəmiyyətini bir daha təsdiqləyib.
Bu günlərdə ölkəmizin ali təhsil məkanında ilk ikili diplom praktikasına imza atan Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə İtaliya Respublikasının nüfuzlu Kalyari Universiteti arasında akademik sahədə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, Kalyari Universiteti İtaliyada fəaliyyət göstərən ən nüfuzlu və qədim ali təhsil müəssisələrindən biri hesab edilir. Əməkdaşlığa dair Anlaşma Memorandumunda müəllim – tələbə mübadiləsi və ikili diplom layihəsi prioritet istiqamət kimi öz əksini tapıb.


Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

3 Mart 2021 00:38 - SİYASƏT
SİYASƏT
21 Aprel 2021 | 08:48
Xain xoflu olar

Köhnə versiyamızdan xəbərləri izlə