Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Beynəlxalq Humanitar Forumu bəşəri əhəmiyyət kəsb edir

Kalle Laanet – Estoniya parlamentinin vitse-prezidenti:
– VI Bakı Beynəlxalq Humanitar Forumu dünya üçün çox mühüm əhəmiyyət kəsb edir. Bu forumda dünyanı narahat edən məsələlər müzakirə olunur. Həmçinin müxtəlif ölkələrdən insanlar gəlib, Azərbaycanı, Bakını görürlər.Bu da ölkəniz haqqında onların təsəvvürlərini dolğunlaşdırır. Bakının gözəlliyinə heyran olmamaq, həqiqətən də, mümkün deyil. Bu forum müxtəlif ölkələrin nümayəndələrinin bir çox problemlərin həlli yollarını birgə çözməsinə imkan verir. 
Şahzad Vasim – Pakistanlı senator: 
– Düşünürəm ki, Azərbaycanın təşəbbüsləri möhtəşəmdir. Bu forum təkcə parlamentlərarası münasibətlərdə deyil, bütün sahələrdə mühüm rol oynayır. Əminliklə söyləyə bilərəm ki, forumda müzakirə olunan mövzulara ciddi ehtiyac var. Bildirim ki, ölkəniz müxtəlif xalqların, dinlərin, mədəniyyətlərin nümayəndələrin bir-biri ilə qarşılıqlı ünsiyyətdə, mehribancasına və rahat yaşayırlar.
Əs-Seyyid Mahmud Əş-Şərif – Misir paralamenti sədrinin birinci müavini: 
– Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidnetinə öz minnətdarlığımızı bildiririk. Forumda ən vacib məqam ölkələr arasında əlaqələri inkişaf etdirməkdir. Bu gün Azərbaycanla Misir arasında geniş əməkdaşlıq mövcuddur. Hər iki ölkə dünyada sülhün bərqərar olunmasına geniş töhfələr verir. Humanitar forumun keçirilməsi də buna əyani sübütdur. Çünki biz burada insan dəyərlərinin, fərqli mədəniyyətlərin inkişafı müstəvisində geniş müzakirələr apardıq.

“Xalq qəzeti”

27 Oktyabr 2018 22:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə