Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qlobal Jurnalistlər Şurasının sədri Azərbaycan Mətbuat Şurasında olub

Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim Azərbaycan Mətbuat Şurasında olub.
 
"Xalq qəzeti" xəbər verir ki, Mehmet Ali Dim Azərbaycan Prezidenti cənab İlham Əliyevin yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransındakı iştirakından, həmçinin işğaldan azad edilmiş bölgələrə səfərindən danışıb, təəssüratlarını bölüşüb.
 
Görüşdə Qarabağ həqiqətlərinin dünya mediasına çıxarılması istiqamətində fikir mübadiləsi aparılıb. Bu baxımdan Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu fəaliyyətin müxtəlif istiqamətlərinə diqqət yetirilib, qarşıda duran məsələlərə nəzər salınıb, perspektiv əməkdaşlıq istiqamətləri barədə söz açılıb.
 
MŞ sədri Əflatun Amaşov Azərbaycan və Türkiyə mediası arasındakı əlaqələrin inkişafındakı xidmətlərinə görə Mehmet Ali Dimi rəhbərlik etdiyi qurumun fəxri diplomu ilə təltif edib.
2 Mart 2021 20:43 - SİYASƏT
SİYASƏT
21 Aprel 2021 | 08:48
Xain xoflu olar

Köhnə versiyamızdan xəbərləri izlə