Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qaydaları pozan 3 nəfər magistraturaya qəbul imtahanından xaric olunub

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanında nəticələri ləğv olunan şəxslərin sayını açıqlayıb.

DİM-dən "Xalq qəzeti"nə verilən məlumata görə, 3 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv olunub. 

Qeyd edək ki, bu gün Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 28-də keçirilmiş qəbul imtahanının nəticələrini elan edib. 

2 Mart 2021 18:09 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə