Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təhsil Nazirliyi məktəblərin bağlanacağı barədə məlumatlara münasibət bildirib

Təhsil Nazirliyi martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlərin virusla əlaqədar fəaliyyətini dayandırması ilə bağlı məsələyə münasibət bildirib.

"Xalq qəzeti" xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlamasında deyib ki, yayılan məlumat yanlışdır, belə bir qərar yoxdur: "Xahiş olunur ki, ötənilki məlumatı bu ilə uyğunlaşdırmasınlar. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı.  Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir".

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov Facebook səhifəsində martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlərdə virusla əlaqədar fəaliyyətini dayandıracağını yazıb. 

2 Mart 2021 14:10 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə