Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu il Formula 1 Azərbaycan Qran-Prisi tamaşaçılar buraxılmayacaq

Bu il Formula 1 Azərbaycan Qran-Prisini azarkeşlərin tribunalardan izləməsinə icazə verilməyəcək.

"Xalq qəzeti" xəbər verir ki, bunu “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ayan Nəcəf deyib.

O bildirib ki, belə bir qərar Azərbaycanın Formula 1 şirkəti qarşısında öhdəliyi səbəbindən və ölkənin turizm potensialının pandemiya dövründən sonra da nümayiş etdirilməsi məqsədilə qəbul olunub.

A.Nəcəf martın sonlarına doğru yarış məkanında baryerlərin quraşdırılacağını, mayda isə tikinti prosesinin yekunlaşacağını əlavə edib.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 4-6-da Bakı şəhər halqasında təşkil olunacaq.

2 Mart 2021 12:52 - İDMAN
İDMAN
21 Aprel 2021 | 08:03
Mourinyo istefaya göndərilib
19 Aprel 2021 | 16:20
UEFA sabah Konqres keçirəcək

Köhnə versiyamızdan xəbərləri izlə