Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mövlud Çavuşoğlu Anar Kərimovla görüşüb - YENİLƏNİB

Martın 2-də Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ankarada görüşü keçirilib. 

Mədəniyyət Nazirliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsindən məmnunluq ifadə edilib. 

Ölkələrimizin həyata keçirdikləri birgə layihələrin əhəmiyyəti vurğulanıb.

Dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi işinə töhfə verdiyi bildirilib. 

Görüş zamanı Türkiyə ilə Azərbaycan birliyinin təcəssümü olan tarixi Zəfərdən, 44 günlük Vətən müharibəsində qardaş ölkənin göstərdiyi böyük dəstəkdən söz açılıb.

Görüşdə ikitərəfli münasibətlər, mədəniyyət sahəsində inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki fevralın 28-dən mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdədir.

***

11:52

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla görüşüb.

"Xalq qəzeti" xəbər verir ki, M.Çavuşoğlu bu barədə “Facebook”da paylaşım edib.

XİN başçısı Qarabağdakı Azərbaycanın mədəni mirasının bərpası üçün hər cür dəstək verəcəklərini qeyd edib: “UNESCO başda olmaqla beynəlxalq platformalarda Azərbaycanın haqlı davasının arxasındayıq”. 

2 Mart 2021 12:36 - SİYASƏT
SİYASƏT
21 Aprel 2021 | 08:48
Xain xoflu olar

Köhnə versiyamızdan xəbərləri izlə