Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ötən il 795 cinayət işi məhkəmələrə göndərilib

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, bu günün rəqəmi isə 795-dir.

Belə ki, 2020-ci il ərzində prokurorluq orqanları tərəfindən 795 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilib.

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

2 Mart 2021 11:39 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə