Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda elektrik xətlərinə texniki baxış dronlarla aparılacaq - VİDEO

“Azərişıq” ASC xətlərə texniki baxışın keçirilməsi məqsədilə xüsusi təyinatlı uçuş aparatları istifadə edəcək.

ASC-dən “Xalq qəzeti”nə verilən məlumata görə, dronların işğaldan azad olunan ərazilərdə qurulacaq "Ağıllı şəbəkə"lərdə təşkiledici baza elementi kimi istifadə edilməsi nəzərdə tutulub.

Bu tip pilotsuz uçuş aparatları sadə foto-video çəkilişləri üçün nəzərdə tutulan dronlardan xeyli fərqlənir. Onlar vasitəsilə 360 dərəcəlik panorama, infraqırmızı spektrdə və temperatur göstəricilərinin vizuallaşdırılması rejimlərində çəkiliş aparmaq mümkündür.

Bundan əlavə, xüsusi yaxınlaşdırma (zoom) funksiyası 25-30 m məsafədən kiçik ölçülü zədələnmələri belə müəyyən etməyə imkan verir.

Hazırda ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində “Şəbəkə qüsurlarının aşkar edilməsində Yüksək texnologiyaların tətbiqi” üzrə təlim-tədris kursuna start verilib.

2 Mart 2021 11:27 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə