Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan və Almaniya neft-qaz sahəsində əməkdaşlığı müzakirə edib

Almaniya şirkətləri mövcud əməkdaşlıq imkanlarını müəyyənləşdirmək məqsədilə Azərbaycan biznesinin nümayəndələri ilə onlayn işgüzar görüşlər keçiriblər.

Alman-Azərbaycan Xarici Ticarət Palatasından ("AHK Azərbaycan) "Xalq qəzeti"nə verilən məlumata görə, Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyinin dəstəyi ilə keçirilən görüşlərdə Azərbaycan Energetika Nazirliyinin rəsmiləri, SOCAR, BP, dövlət qurumları və özəl şirkətlərdən biznes nümayəndələri iştirak ediblər.

Tərəflər neft və qaz sənayesi, elektrik cihazları, avtomatlaşdırma və təhlükəsizlik həlləri sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirdilər. 30 şirkətin iştirakı ilə 70-dən çox işgüzar görüş keçirilib.

2 Mart 2021 11:06 - SİYASƏT
SİYASƏT
21 Aprel 2021 | 08:48
Xain xoflu olar

Köhnə versiyamızdan xəbərləri izlə